“Deloitte” Şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərə start verib. Karyera Mərkəzində keçiriləcək təlimlər iki gün davam edəcək.
Şirkət mütəxəssisləri təlimin ilk günü UNEC əməkdaşlarına təqdimatlarda və tədris prosesində istifadə edilən Power Point proqramının istifadə qaydalarını izah edəcəklər. Növbəti təlim maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Excell proqramının tətbiqinə həsr ediləcək.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.