“Marketinq” kafedrasının nəzdində təşkil olunan diskusiya klubunda növbəti seminar keçirilib. AMEA-nın “İnnovasiya” şöbəsinin baş mütəxəssisi Aysel Abdullayeva “Müasir şəraitdə innovative fəaliyyətə marketinq yanaşma” mövzusunda çıxış edib. Məruzəçi müasir şəraitdə innovasiyaların rolu, innovasiya məhsullarının perspektiv dövrdə fəaliyyətindən, innovativ fəaliyyətə marketinq yanaşması barədə ətraflı danışıb. Xüsusilə, son dövrdə innovasiya marketinqinin aktuallığı vurğalanıb. Cənubi Koreyanın iqtisadi inkişaf modelinin maraqlı faktlarından danışan məruzəçi bu ölkənin əldə etdiyi nailiyyətləri də qeyd edib.
Məruzəçi ölkəmizdə “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasına keçid əsas strateji məqsəd olaraq müəyyən edildiyi bir şəraitdə innovasiya fəaliyyətinin vacibliyindən danışaraq, həmçinin inkişaf istiqamətlərini də göstərib. Aktual mövzuda çıxış edən A.Abdullayeva seminarın sonunda tələbələri maraqlandıran sualları cavablandırıb.