UNEC-in yeni tələbə rektorunu tanıyaq: Tələbələrin dostu və məsləhətçisi olmaq əsas işim olacaq

03 İYUN 2016 | VIEWS:

shaxin555Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yeni seçilən bir illik tələbə rektorunu təqdim edirik: Şahin Həsənov Türk dünyası işlətmə fakültəsinin 1-ci kurs tələbəsidir.

– Şahin, tələbə rektor olmağa necə qərar verdiniz?

– Orta məktəbdə təhsil aldığım illərdən təşkilati işlərə marağım olub. Məktəbin bütün tədbirlərinin təşkilində həmişə fəal iştirak etmişəm. Universitetdə də tələbələrə daha yaxın olmaq, onların istər ideyalarının reallaşdırılmasında, istərsə də problemlərinin həllində köməklik göstərmək istəyirdim. Ona görə də bu seçkilərdə iştirak etməyə qərar verdim.

– Təbliğat kampaniyasında sizə kimlər dəstək olurdu və qalib gələcəyinizə inanırdınızmı?

– Fakültəmizin tələbələri, məni tanıyan digər fakültələrdən olan tələbə dostlarım mənə çox dəstək oldular. Seçki qaydaları çərçivəsində təbliğat kampaniyası apardıq. 14 gün ərzində seçicilərlə görüşlər keçirdik, debatlar təşkil etdik. Görünür ki, tələbələr mənə inandılar, etimad göstərdilər və tələbə rektor seçildim. Qalib gələcəyimə də inanırdım. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

– Universitet seçimində UNEC-in üzərində dayandınız.

– Bəli. İqtisadçı olmağa hazırlaşırdım. UNEC-in regionda ən qabaqcıl iqtisadyönümlü universitet olduğu barədə məlumatım var idi. Mətbuatdan UNEC-də həyata keçirilən yenilikləri izləyirdim. Universitetdə tətbiq olunan beynəlxalq mübadilə proqramları, tələbə layihələri, imtahanların keçirilməsi barədə xəbərləri oxuduqca UNEC-ə inamım daha da artırdı. Artıq bir ildir ki, burda təhsil alıram. Oxuduqlarımın şahidi oluram. UNEC-də həqiqətən də tələbələrin yüksək təhsil almaları üçün bütün şərait yaradılıb.

– Tələbə təşkilatları ilə münasibətləri necə qurmağı düşünürsünüz?

– Tələbə təşkilatlarının tədbirlərində iştirak edirəm. Fakültə Tələbə Consalting Təşkilatının fəal üzvüyəm və bir çox təlimlərin təşkilatçılığında iştirak etmişəm. Tələbə rektor olduğum dövrdə tələbə təşkilatları ilə qarşılıqlı anlaşma münasibətində çalışacağıq.

– Tələbə rektor kimi həyata keçirilməsini lazım bildiyiniz hansı planlar var?

– Tələbələrin sosial fəaliyyəti ilə bağlı layihələrimiz var, müxtəlif tədbirlər, idman yarışları, xeyriyyə konsertləri təşkil etmək, sosial çarxlar hazırlamağı düşünürük. Eləcə də digər universitetlərin istər yerli, istər xarici universitetlərin tələbələri ilə sıx əlaqə yaratmaq, fikir mübadilələri aparmağı planlaşdırırıq. Dövlət və özəl şirkətlərlə müqavilələr əsasında tələbə təcrübə proqramları həyata keçirməyi düşünürük. Layihələrimiz çoxdur, inanıram ki, yeni tədris ilindən tələbələrimizin dəstəyi ilə hamısını reallaşdıracağıq.

– Tələbələrə münasibəti necə tənzimləməyi düşünürsünüz?

– Universitetimizin rektoru daima tələbələrin yanındadır. Onları dinləyib, bütün problemlərinin operativ həll edilməsində müvafiq göstərişlər verir. Mən də tələbə rektor kimi eyni istiqamətdə fəaliyyət göstərməyi qarşıma məqsəd qoymuşam. Tələbələrin dostu və məsləhətçisi olmaq əsas işim olacaq. Mən də bir tələbəyəm, eyni problemləri demək olar ki, yaşayıram. Bu işdə yeni yaradılan senat üzvləri də yaxından iştirak edəcək. Hər fakültədən olan namizəd bizə öz fakültəsindəki problemlər barədə məlumat verəcək və təklif layihələrini bölüşəcək. Bir sözlə, senat üzvləri ilə komanda şəklində çalışacağıq.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot