07 iyun 1967-ci ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Cəlayır kəndində anadan olmuşdur.
1985-ci ildə Bakı Plan-Uçot Texnikumunu fərqlənmə diplomu ilə bitirərək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını (hazırkı UNEC) fərqlənmə diplomu ilə bitirmişdir.
1987-1995-ci illərdə Ağsu rayon Kəndova kənd sovetinin, 1990-1995-ci illərdə Ağsu rayon sovetinin deputatı olmuşdur.
1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Siyasi-iqtisad” kafedrasına dissertant təyin edilmişdir.
2004-cü ildə “Bazar iqtisadiyyatı şəraitində icarə münasibətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
*
1992-2001-ci illərdə “İqtisadi nəzəriyyə” kafedrasında baş laborant, 2001-2006-cı illərdə müəllim, 2006-cı ildən baş müəllim vəzifəsində işləyib.
Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.
3 proqram, 23 elmi məqalə və tezisin müəllifidir. Q.Menkyunun “Ekonomiks” dərsliyinin tərcüməsində iştirak etmişdir.
Milli Bankın sifarişi əsasında hazırladığı “Makroiqtisadi alternativ siyasətin hazırlanması xüsusiyyətləri” adlı tədqiqat işi müsbət qiymətləndirilmiş, beynəlxalq konfranslarda iştirak etmiş və həmin konfransların materiallarında məqalələri çap olunmuşdur.
Ailəlidir, iki övladı var.