31 dekabr 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Aqrar Universiteti) bitirmişdir.
1958-1959-cu illərdə Zaqatala rayonunda Təmir-texnika stansiyasında mühəndis vəzifəsində işləmişdir.
1959-1977-ci illərdə Azərb. Resp. Kənd-texnika Birliyinin Gəncə şəhərindəki rayonlararsı bazasında baş mühəndis, 1977-1979-cu illərdə Az ETKTMEN-da elmi işçi vəzifələrində işləmişdir.
1979-2002-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında prorektor, baş müəllim, dosent vəzifələrində işləmişdir.
*
1984-cü ildə Az ETKTMEN-da aspirantura yolu ilə dissertasiya işini müdafiə edib, texnika elmləri namizədi elmi adı almışdır.
68 ədəd elmi-metodiki əsərlərin müəllifidir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosenti vəzifəsində çalışıb.
2017-ci ilə kimi UNEC-in Fəxri professoru olub. 2017-ci ildən təqaüddədir.
Ailəlidir, beş övladı, nəvələri var.