1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1974-1984-ci illərdə Bakı şəhər Sabayil rayonu 134 saylı orta məktəbdə təhsil almışdır. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olmuş, 1989-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azərbaycan Botanika İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə elmi tədqiqat işləri aparmış, 1997-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
2003-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrasında baş müəllim, dosent əvəzi, dosent vəzifəsində çalışmışdır.
2020-ci ilə kimi UNEC-in “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və diplomla təltif olunmuşdur.
90-a qədər elmi və metodiki işləri vardır. 20 fənn proqramının, 2 metodiki göstərişin, 1 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir.
2010-ci ildə 8 Mart Beynalxalq Qadınlar Günü münasibətilə İqtisad Universitetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və müxtəlif diplomlarla təltif olunmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” seçilmişdir.
Ailəlidir, bir qızı var.