22 dekabr 1941-ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Ağdü kəndində anadan olmuşdur.
1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakl Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin universiteti bitirmişdir.
Həmin ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (indiki Azərbaycan Neft Akademiyası) “Fizika” kafedrasında müəllim vəzifəsində işləmişdir.
1970-1973-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun əyani aspiranturasinda təhsil almışdır. 1974-cü ildən ET Tətbiqi Fizika insitutunda işləmişdir.
1983-cü ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
*
1993-cü ildən Azərbaycan Respublikası EA Fizika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir.
1994-cü ildən Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Fizika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.
2002-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika” kafedrasının dosenti olub.
64 məqaləsi, o cümlədən 1 metodik vəsaiti, 2 dərs vəsaiti nəşr edilmişdir.
*