1939-cu ildə Bakı şəhərində аnаdаn оlmuşdur.
1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) tədris şöbəsinə makinaçı-katibə vəzifəsinə qəbul olunmuşdur. Həmin ildə “Azərbaycan dili” kafedrasında müəllim, baş müəllim;
1982-1983-cü illərdə müdir əvəzi vəzifəsində çalışmışdır.
1986-cı ildən “Azərbaycan dili” kafedrasında müəllim, dosent vəzifələrində işləyib.
*
1990-cı ildə dissertasiya işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
1995-ci ildə müsabiqə yolu ilə dosent vəzifəsinə təyin edilmişdir.
1990-cı ildən 2000-cı ilə kimi Universitetin Həmkarlar Təşkilatının üzvü seçilmişdir.
3 metodik vəsaiti, 5 elmi-metodik məqaləsi çap edilmişdir.