UNEC BMDM-nin tələbələri ilə görüş keçirilib

13 OKTYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq magistratura və doktorantura mərkəzi”nin (BMDM) rəhbəri dos. Fariz Əhmədov mərkəzin tələbələri ilə görüşüb.

Görüşdə tələbələrə dünya ölkələri sırasında aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması məqsədi ilə təhsil naziri Mikyaıl Cabbarovun əmri ilə təsdiqlənmiş  yeni standartlar və bu standartlar çərçivəsində hazırlanmış tədris planları haqqında məlumat verilib. F.Əhmədov magistrlara yeni təhsil standartlarının müsbət tərəfləri haqqında məlumat verərək, sistemin onlara qazandıracağı keyfiyyətli təhsil, özünüinkişaf imkanları, akademik təcrübə barədə danışıb. Mərkəz rəhbəri qeyd edib ki, “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə magistr standartlarının yenidən işlənib hazırlanması təklifi UNEC rəhbərliyi tərəfindən verilib, bu standartlar ilk dəfə UNEC BMDM-də tətbiq edilir və ən müasir fənlər tədris olunur.

Görüşdə Türkiyə və Avropanın bir sıra nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramları haqqında məlumat verilib. Tələbələrə xaricdə həm təhsilini davam etdirərək iki diplom alma, həm də bir semestrlik tədqiqat işi aparma fürsətinin verildiyini qeyd edən mərkəz direktoru bunun üstünlüklərindən bəhs edib.

Sonda tələbələrin sual və təklifləri dinlənilib və bununla bağlı lazımi tədbirlərin görüləcəyi bildirilib.

Qeyd: “Beynəlxalq magistratura və doktorantura mərkəzi”nin UNEC Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasında yaradılmasına dair qərar verilib. Mərkəzdə 5 ixtisas (Biznesin idarə edilməsi, Turzim və otelçilik, Beynəlxalq münasibətlər və diplomatiya, Maliyyə menecmenti, Dünya iqtisadiyyatı) üzrə 4 dildə (azərbaycan, türk,  rus və ingilis) tədris edilir. Mərkəzdə 10-a yaxın əcnəbi tələbə təhsil alır və 2 əcnəbi müəllim dərs deyir. Mərkəz tədris fəaliyyətini xarici ölkələrdə magistratura və doktoranturada təhsili alan, eyni zamanda iş dünyasının nüfuzlu şəxsləri həyata keçirir.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano