23 fevral 1962-ci ildə Bakı şəhərində anadan olub.
1979-cu ildə Bakı şəhərinin 134 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə (indiki Balı Dövlət Universiteti) qəbul olmuş və 1984-cü ildə qeyd olunan təhsil müəssisəsini “Rus dili və ədəbiyyat” ixtisası üzrə “Filoloq. Rus dili və ədəbiyyat müəllimi” kvalifikasiyasını almaqla bitirib.
1984-cü ilin sentyabrında Bakı Ali Partiya Məktəbinə Rus dili kafedrasının laborantı kimi işə qəbul olunub. 1990-cı ildə həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib və həmin vəzifədə 1996-cı ilədək çalışıb.
1996-1999-cu illərdə Bakı Ali Hərbi Məktəbinin “Rus dili” kafedrasında
baş müəllim vəzifəsində işləyib.
2000-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin
“Rus dili” kafedrasına müəllim kimi işə qəbul olunub.
*
UNEC-in “Rus dili” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.
Müxtəlif jurnallarda dərc edilmiş 33 elmi-tədqiqat məqalənin müəllifidir.
*