Tümen Sənaye Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC rektoru, professor Ədalət Muradovla görüşdə Tümen Sənaye Universitetinin rektoru, dosent Oleq Novoselov və Marketinq Departamentinin rəhbəri Qut Valeriy arasında hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bakalavr pilləsi üzrə ikili və üçlü diplom proqramlarının (Azərbaycan, Türkiyə, Rusiya) eləcədə birgə dərsliklərin hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Sonda O.Novoselov UNEC rektorunu Tümen Sənaye Universitetinə dəvət edib.