SUES-in filialı təsis edilib

08 NOYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SUES” İctimai Birliyi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəsmi filialını təsis edib.

ADAU tələbələri ilə mütəmadi keçirilən görüşlərdə SUES haqqında ətrafli məlumat verilib. Sonra SUES-in sədri Hidayət Kərimovun sədrliyi ilə, universitetin hər fakültəsindən bir neçə tələbə olmaqla formalaşan yeni idarə heyəti arasında ADAU SUES-in seçki konfransı təşkil edilib.

Konfransda 44 nəfərlik yeni idarə heyəti yer alıb. ADAU üzrə SUES-in sədr və müavinliyinə namizədliyini irəli sürən on iki tələbə öz platformalarını səsləndiriblər. Qapalı səsvermə nəticəsində Valeh Əsədov ADAU SUES-in sədri seçilib.