2016-cı ildə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi olub.
2016-cı ildə UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən elmi məqalə müsabiqəsinin qalibi olub. “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” adlı konfransda sertifikatla təltif olunub.
2018-ci ilin mayında “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Rumıniya Respublikasının Piteşti Universitetində olub, “Azərbaycan İqtisadiyyatı” fənni üzrə “Müasir Azərbaycan iqtisadiyyatının formalaşması mərhələləri”, “Azərbaycanda xarici investisiyalar və investisiya potensialı” mövzusunda bakalavrlara mühazirələr oxuyub. Piteşti Universitetində keçirilən Erasmus həftəsi və 9 may Avropa gününə həsr edilən tədbirlərdə iştirak edib.
05.11.2020-ci il tarixdən əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilib.