Radio UNEC-in “UNEC imtahan” verilişinin bu günkü qonağı “XXI əsr təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyev olub. Verilişdə UNEC-də qış imtahan sessiyasının təşkili müzakirə edilib. E.Əliyev imtahan prosesinin ictimaiyyətə açıq keçirilməsini müsbət hal kimi dəyərləndirib. Bunun tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amil olduğunu vurğulayıb.
Ekspert dinləyicilərin QHT nümayəndələrinin tələbələr arasında anonim sorğu keçirməsi, “Qaynar xətt” xidmətinin jurnalistlərə həvalə edilməsi və digər suallarını cavablandırıb.