UNEC-in Marketinq ixtisası üzrə magistratura pilləsində təhsil alan 2-ci kurs magistrləri elmi-pedoqoji təcrübələrini “Marketinq” kafedrasında keçiblər.
Təcrübə müddətində magistrlərdən Murad Şərifovun “Beynəlxalq bazarlarda marketinq tədqiqatları”, Çinarə Səmədovanın “Reklam marketinq kommunikasiya elementi kimi”, Təbriz Quliyevin “Marketinq tədqiqatları və marketinq informasiya sistemi” mövzusunda açıq dərsləri təşkil edilib.
Elmi diskusiyaların aparıldığı dərslərdə fənn müəllimləri ilə yanaşı “Marketinq” kafedrasının müdiri, professor Telman İmanov da iştirak edib.