EHEA Tvinninq layihəsi iştirakçılarının fəallığına görə UNEC birincidir

05 APREL 2017 | VIEWS:

“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” (EHEA) Tvinninq layihəsi çərçivəsində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin nümayəndələri, layihəni həyata keçirən beynəlxalq və yerli təhsil ekspertləri UNEC-də olub.

Nümayəndə heyəti yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar pilot universitetlərdən biri kimi seçilən UNEC–in rektoru, professor Ədalət Muradov, prorektorlar və mərkəz rəhbərləri ilə görüşüb.

UNEC rektoru nümayəndə heyətinə universitet haqqında, tədrisin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə apardığı uğurlu ikili diplom proqramlarını, xaricdə təhsil alan gənc müəllimlərin tədrisə cəlb olunmasını xüsusi vurğulayan rektor, universitetin bu günlərdə daha bir uğura imza atdığını bildirib: “UNEC dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2017-ci ilin son nəticələrinə görə ölkə birincisi olub. Əminəm ki, UNEC-in keyfiyyət təminatı üzrə yeni standart və təlimatların tətbiqində pilot universitet kimi seçilməsi universitetdə təhsilin keyfiyyətinin daha da artmasına xidmət edəcək”. Ə.Muradov universitetin prioritetlərini də açıqlayıb: “Müəllimlərin elmi potensialını artırmaq, ən yaxşı abituriyentləri universitetə cəlb etmək və UNEC-i təhsil müəssisəsindən elmi-tədqiqat mərkəzinə çevirmək”.

Rektor ekspertlərə layihənin tətbiqi ilə əlaqədar qiymətləndirilmənin aparılması üçün UNEC-in bütün fəaliyyət sahəsinin imkanlarından yararlana biləcəklərini qeyd edib.

Görüşün məqsədinin pilot layihənin qiymətləndirilməsi olduğunu bildirən beynəlxalq ekspertlər EHEA Tvinninq layihəsi iştirakçılarının fəallığına görə UNEC-in birinci yerdə olduğunu vurğulayıblar. Ekspertlər tövsiyələr əsasında layihənin əsas hissəsi olan qiymətləndirmə meyarlarının hazırlandığı və bu meyarların tətbiqi mexanizmini müşahidə edəcəkləri barədə məlumat veriblər.

Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, layihənin qiymətləndirilməsi dörd mərhələ üzrə aparılır: beynəlxalq qiymətləndirmə qrupunun təyin edilməsi və təlimləndirilməsi, ali təhsil müəssisəsi tərəfindən özünütəhlilin aparılması, ali təhsil müəssisəsinə səfər və hesabatın dərc olunması.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna