Aprelin 20-də UNEC-in Rus İqtisadiyyat Məktəbində “Azərbaycan iqtisadiyyatı retrospektivdə və bu gün” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzin Tələbə Elmi Cəmiyyətinin sədri Muraz Nəbiyevin təşəbbüsü ilə reallaşan dəyirmi masanın moderatoru “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti Şəhla Hüseynova olub. Həmin kafedranın müəllimi Vəfa Hüseynova, direktor müavini, dosent Anar Eyyubov və dekanlığın mütəxəssisi Vüsal Abasovun da qatıldığı dəyirmi masada Azərbaycan iqtisadiyyatının keçmişi və bu gününün müqayisəli təhlili aparılıb. Gəncliyin “bilik iqtisadiyyatının” formalaşmasında rolu və yeri barədə maraqlı diskussiya aparılıb.