UNEC-in Rus İqtisadiyyat Məktəbində açıq seminar keçirilib.
Nəzəri və praktiki metodla tədris olunan seminarı “Nəzəri və praktiki iqtisadiyyat kafedrasının” dosenti Şəhla Hüseynova və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin əmlak məsələləri üzrə idarə rəisi İldırım Qocayev aparıb.
“Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və sahibkarlığın inkişafı” mövzusuna həsr olunan seminarda tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklər də aşılanıb. Mövzunun nəzəri aspektləri konkret nümunələr əsasında göstərilib. Tələbələrə iqtisadi rəqabət mexanizmlərinin keçmiş postovet məkanında zəif tətbiqinin səbəbləri izah olunub.