1980-ci ildə Ağdam şəhərində anadan olub. 1986-cı ildə Ağdam şəhəri 2 saylı tam orta məktəbində 1–ci sinifə başlamış, ölkəmizdə məlum müharibə şəraiti ilə əlaqədar təhsilini davam etdirmək üçün məktəbini bir neçə dəfə dəyişmişdir.
1997-ci ildə Azərbaycan Dillər Universitetinin “ Filologiya” fakultəsinə qəbul olub və 2001-ci ildə bitirib.
2001- ci ildə Azərbaycan Dillər Universitetinin magistr pilləsinə ‘’Dilşünaslıq” fakultəsinə (ingilis-dili) qəbul olub, 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.
2003-cü ildə Azərbayacan Milli Elmlər Akademiyası Folklor İnistitutunda böyük laborant vəzifəsində çalışıb.
2005-ci ildə Ailə vəziyyəti ilə əlaqədar öz istəyilə tutduğu vəzifədən azad olunub.
2004- cü ildən 2017 – ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin ‘’Xarici dillər 2’’ kafedrasında saat hesabı (ingilis) müəllimə vəzifəsində çalışıb.
***
2017-ci ildən 2021- ci tədris ili daxil olmaqla Bakı Slavyan Universitetinin ‘’Tərcümə’’ fakultəsində 1 ştat vahidi (ingilis) müəllimə vəzifəsində çalışmış və öz istəyilə tutduğu vəzifədən azad olunmuşdur.
2021-ci yeni tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin ‘’Xarici dillər 3” kafedrasında (ingilis) 1 ştat vahidi müəllimə vəzifəsində çalışıb.
2012-ci ildən Azərbayacan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnistitutunun dissertantı olmuş və cari ilin mart ayının 29-da son mərhələni uğurla başa vurmuşdur. Bu illər ərzində müxtəlif Beynəlxalq məqalə və konfrans materialları üzərində işləmiş və çap etdirmişdir.
Ailəli və iki övladı var.