1 avqust 1973-cü ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur.
1996-cı ildə Xarici Dillər İnstitutunu bitirmiş və həmin ildən təyinatla Azərbaycan Dövlət İqtisad İnstitutunun “Xarici dillər-2” kafedrasında laborant vəzifəsində çalışmışdır.
2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər – 2” kafedrasında xüsusi vəsait hesabına müəllim vəzifəsində çalışıb. Dissertantdır.
Hazırda UNEC-in “Xarici dillər” kafedrasının müəllimidir.
5 elmi məqalənin və 1 fənn proqramının müəllifidir.
Ailəlidir, iki övladı var.