“Abituriyent aylığı” çərçivəsində UNEC rektorunun abituriyentlərlə növbəti görüşü keçirilib

11 İYUL 2025 | VIEWS:

“Abituriyent aylığı” çərçivəsində UNEC-in rektoru, professor Ədalət Muradovun abituriyentlərlə növbəti görüşü baş tutub.

Görüşdə rektor abituriyentlərə UNEC-in təhsil imkanları, imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, UDİD proqramı, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana və s. barədə ətraflı məlumat verib. Həmçinin universitetin əsas hədəflərindən danışıb.

Sonra rektor abituriyentləri maraqlandıran sualları cavablandırıb. Abituriyentlər görüşdən müsbət təəssüratlarla ayırlıblar.

Abituriyentlər üçün UNEC-də infotur təşkil olunub.

Qeyd edək ki, UNEC rektoru ilə növbəti görüş iyulun 15-də III saylı tədris binasında olacaq.

“Abituriyent aylığı” çərçivəsində UNEC rektorunun abituriyentlərlə növbəti görüşü keçirilib