ABŞ alimlərinin iştirakı ilə xarici dilin distant tədrisinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

26 AVQUST 2020 | VIEWS:

konfrans_260820Sentyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Xarici dilin  distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

UNEC-in “Xarici dillər” kafedrasının dosenti, ABŞ-ın Fulbrayt proqramının məzunu Sevinc Ələkbərzadənin moderatorluğu ilə  xarici dil müəllimləri üçün keçirilən beynəlxalq  konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələri cəlb etmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris  mövzularında çıxışlar edəcək, eləcə də müzakirələr apacaqlar.

Beynəlxalq konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. Konfransın sessiyalarında spikerlərə izləyicilər tərəfindən sual vermək imkanı da yaradılacaq.

Beynəlxalq konfrans 07.09.2020-ci il tarixində Bakı vaxtı ilə saat 18:00-da (ABŞ vaxtı ilə səhər 9:00) keçiriləcək.

Konfransın spikerləri:

Dr.Qram R.Smit – ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf məktəbinin  xarici dil müəllimi, elmi tədqiqatçı.

Maryna Teplova – ABŞ İllinoys Dövlət Universitetinin “İngilis dili” kafedrasının doktorant müəllimi.

Tasito Kuri – ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri.

Gizela Kornejo- ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun akademik rəhbəri.

Konfransın proqramı

http://news.unec.edu.az/xeber/100-elm/6724-bold-red-absh-alimlerinin-ishtiraki-ile-xarici-dilin-distant-tedrisine-hesr-olunan-beynelxalg-konfrans-kechirilecek-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino