ADİU-da “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan dəyirmi masa keçirilib

05 MAY 2015 | VIEWS:
1678

Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Kommersiya fakültəsində “I yay Avropa Oyunlarının Azərbaycan iqtisadiyyatının inkişafında rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin nümayəndəsi, Bədən Tərbiyəsi Akademiyasının dosenti, universitetin professor-müəllim heyəti və idmançı tələbələri iştirak ediblər.

Fakültə dekanı Mirağa Əhmədov tədbirdə bildirib ki, ilk Avropa Yay Oyunlarının ölkəmizdə keçirilməsi tarixi hadisədir, bu, Azərbaycan xalqının, dövlətinin qələbəsidir.

Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi kafedrasının müdiri, professor Əli Əlirzayev qeyd edib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha sübut etdi ki, yalnız iqtisadiyyatı güclü olan ölkə belə bir möhtəşəm idman yarışmalarına ev sahibliyi edə bilər. Qısa zaman ərzində Azərbaycanın əldə etdiyi naliyyətlər buna imkan yaradıb.

Beynəlxalq ticarət və gömrük işi kafedrasının müdiri, professor Arif Şəkərəliyev 2015-ci il Avropa Oyunlarının ölkəmizdə siyasi və iqtisadi uğurların əldə edilməsinə səbəb olacağını vurğulayıb. Çoxsaylı nümayəndələrin Azərbaycana gəlməsi ölkəmizə turist axınına, onun təbliğinə səbəb olacaq.

Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov min ildən artıq yaranma tarixi olan Olimpiya Oyunlarının insanlar arasında ünsiyyət, sağlam rəqabət, tərəqqi, sülh, mehribanlıq, tolerantlıq kimi bəzəri keyfiyyətlərin mövcudluğuna xidmət etdiyini bildirib.

Tədbirdə Bədən Tərbiyəsi Akademiyasının dosenti Ə.Ramazanov, politoloq İ.Babayev, Gənc Alimlər Şurasının sədri V. Məmmədzadə, İqtisadiyyat və işlətmə kafedrasının müdiri dos. F. Əhmədov və digər iştirakçıların çıxışları maraqla dinlənilib.

1679 1