ADİU-da Böyük Vətən muharibəsi iştirakçilari ilə görüş keçirilib

07 MAY 2015 | VIEWS:
1574

Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin  Kommersiya fakültəsində Fakültə Həmkarlar Təşkilatı ilə birlikdə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı Mirağa Əhmədov veteranları salamlayaraq onları faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib. O, Böyük Vətən müharibəsi dövründə Azərbaycanın igid oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən, xalqımızın fədakar əməyindən bəhs edib. Bildirib ki, hər bir Azərbaycan gənci öz tarixini bilməli, həmin dövrdə babalarının əldə etdikləri qələbənin qiymətini dərk etməlidir.

Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Böyük Vətən müharibəsi zamanı ölkəmizdən ordu sıralarına 600 mindən artıq gənc çağırılıb ki, onların da yarıdan çoxu həlak olub, itkin düşüb. 121 nəfərə Sovet İttifaqı qəhrəmanı fəxri adı verilib, 30 nəfər Şöhrət Ordenə layiq görülüb, 176 min əsgər orden və medallarla təltif olunub. H.Orucov müharibə illərində Azərbaycanın ordunu 75 milyon ton neft, 22 milyon ton benzin və başqa məhsullarla təmin etdiyini qeyd edib.

Tədbirdə iştirak edən müharibə veteranları Əli Nəsirov, Kazım Ağayev müharibə xatirələrindən danışaraq, Berlinə qədər keçdikləri döyüş yolu, qazandıqları qələbə haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Onların xidmətlərinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini söyləyiblər.

Sonda müharibə veteranlarına hədiyyələr təqdim olunub.

1575 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser