Fevralın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində “Kəpənək effekti 5 vacib” layihəsi təşkil olunub.
Layihədə 5 müxtəlif sahə – maliyyə, insan resursları, istehsal, menecment və marketinq üzrə karyera qurmaq üçün gənclərin bilməli olduğu 5 vacib addım ekspertlər tərəfindən təqdim olunub.
“Kəpənək effekti 5 vacib” layihəsinin ekspertləri qismində Pərviz Məmmədov (Böyük şirkətlər qrupunun birində baş maliyyə direktoru), Namiq Məmmədov (Karyera.biz portalının rəhbəri və Gədəbəy Mineral Suları MMC-nin İnsan Resursları Direktoru), Vüqar Mikayılov (Az-Granata Ağsu Şirə və Şərab Emalı Zavodunun sektor müdiri), Səkinə İbrahimova (PraysvoterhausKupers Central Asia və Kokakus B.V. Azərbaycan filialında vergi meneceri) və Sənan Orucov (Azərsun Holdinq-də marketinq departamentinin müdiri) iştirak edib.