ADİU-nin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramovun AZƏRTAC-a müsahibəsi

10 APREL 2015 | VIEWS:

shaxin55

Bakı, 9 aprel, Elvira Məmmədova, AZƏRTAC

London Universiteti ilə əməkdaşlıq ADİU–nun regional səviyyədə ən nüfuzlu ali məktəblərdən birinə çevrilməsi üçün yeni imkanlar açacaq.
 *

Beynəlxalq əlaqələri gündən-günə genişlənən Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) daha bir beynəlxalq proqrama qoşulub. Bu günlərdə ADİU dünyanın iqtisadyönümlü qabaqcıl ali məktəblərindən olan London Universitetinin İqtisadiyyat Məktəbi (LSE) ilə razılaşma memorandumu imzalayıb. Universitetin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov memorandumun əhəmiyyəti barədə müsahibə verib.

– ADİU ilə London İqtisadiyyat Məktəbi arasında əməkdaşlığın qurulması hansı zərurətdən yarandı?

– Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən olunmuş hədəflər təhsil müəssisələri, o cümlədən ali məktəblər qarşısında mühüm vəzifələr qoyur. Təbii ki, ali təhsilin məzmununun müasir dünya standartlarına uyğunlaşdırılması, səmərəli universitet modelinin yaradılması və məzunların əmək bazarında rəqabətqabiliyyətliliyinin yüksəldilməsi kimi strateji məqsədlər hazırkı beynəlxalq təcrübədən istifadəni zəruri edir.

İqtisadçı kadrların hazırlanması üzrə təqdim etdiyimiz təhsil xidmətlərinin keyfiyyətinin artırılması, tədris proqramlarının əmək bazarına uyğun təkmilləşdirilməsi və bütövlükdə universitetimizin imicinin yüksəldilməsi üçün dünyanın iqtisadyönümlü aparıcı ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən faydalanmağı vacib hesab edirik. Bu baxımdan, dünya universitetlərinin reytinq siyahılarında bir qayda olaraq ilk sıralarda yer alan London Universitetinin İqtisadiyyat Məktəbi (University of London – LSE) ilə əlaqələrin yaradılması müstəsna əhəmiyyətə malikdir. Sevindirici haldır ki, artıq bu günlərdə ADİU ilə LSE arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

– Anlaşma memorandumunda hansı məsələlər nəzərdə tutulub?

– Bu sənəd geniş mənada LSE tədris modelinin Azərbaycana gətirilməsini və London Universitetinin bakalavr diplomunun bu ölkəyə getmədən ADİU-da əldə olunmasını nəzərdə tutur. Memoranduma əsasən, ADİU-da LSE-nin bakalavr dərəcə proqramı təşkil olunacaq. Üçillik proqram çərçivəsində mühasibat və maliyyə, biznes və menecment, iqtisadiyyat və maliyyə, iqtisadiyyat və menecment ixtisasları üzrə mütəxəssislər hazırlanacaq.

Bütövlükdə ingilis dilində aparılacaq tədris prosesində yalnız LSE-nin dərsliklərindən istifadə ediləcək. Tədris prosesinə LSE-dən dəvət edilən professorlar, eləcə də əsasən Avropada və Amerikada təhsil almış yerli müəllimlər cəlb olunacaqlar. Oksbric Təhsil Xidmətinin (Oxbridge Educational Services) dəstəyi ilə reallaşdırılacaq proqram üzrə təhsil alan tələbələr LSE-nin London kampusunda təhsil alan tələbələrlə eyni hüquqa malik olacaq və proqramın sonunda London Universiteti LSE-nin vahid formalı diplomunu əldə edəcəklər.

– Proqrama kimlər və hansı şərtlərlə qəbul oluna bilərlər?

– Növbəti tədris ilindən icrasına başlanılacaq proqrama Azərbaycan ilə yanaşı, region ölkələrindən də istənilən şəxs qoşula bilər. Proqrama qəbul olunmaq istəyənlər üçün konkret akademik kvalifikasiya və ingilis dili tələbləri müəyyən edilib. Akademik kvalifikasiya tələbi aşağıda qeyd olunan şərtlərdən birinə cavab verməyi tələb edir. Bunlar universitetə Hazırlıq Proqramı Sertifikatı (University Foundation Program), ən azı universitetin birinci kursunu bitirmək (orta bal minimum 80 olmaqla), orta məktəbi IB diplomu ilə bitirmək, GCSE (General Certificate of Secondary Education) və A level sertifikatlarını əldə etməkdir.

Proqrama qəbul olmaq üçün PTE (Pearson Test of English) akademik ingilis dili testi üzrə minimum 60 bal (TOEFL və IELTS ekvivalenti də keçərlidir) tələb olunur.

– Proqram üzrə imtahanların təşkili və qiymətləndirmə mexanizmi necə aparılacaq?

– İlk növbədə qeyd edim ki, tədris proqramının tərtibi, təhsilin keyfiyyət parametrlərinə nəzarət və tədris prosesinin idarə olunması birbaşa London Universiteti tərəfindən həyata keçiriləcək. Məhz bu amil ADİU-da təşkil olunacaq bakalavr dərəcə proqramının bütün göstəricilər üzrə LSE-nin London kampusundakı təhsillə eyni keyfiyyətdə olacağına zəmanət verir.

LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun imtahanlar hər tədris ilinin sonunda (may-iyun aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək üçün LSE-yə göndəriləcək. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London Universitetinin İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər və diplomlar Londonda keçirilən məzun günündə təqdim olunacaq.

– Proqramın ali təhsilimizə verəcəyi töhfəni necə dəyərləndirirsiniz?

– Təbii ki, ADİU-da belə bir proqramın təşkili təkcə universitetimizə deyil, bütövlükdə ali təhsil sistemimizə əhəmiyyətli töhfələr verəcək. Belə ki, bu proqram ADİU-nun tədris kurikulumunun təkmilləşdirilməsinə və iqtisadyönümlü ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərməklə yanaşı, regional və beynəlxalq ali təhsil məkanında Azərbaycan ali təhsilinin imicinin yüksəlməsində mühüm rol oynayacaq.

Fürsətdən istifadə edərək proqramın ideya müəllifi olan təhsil naziri Mikayıl Cabbarova ADİU ilə LSE arasında əməkdaşlığın yaradılmasına və inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm.

İnanıram ki, belə bir nüfuzlu universitet ilə birgə proqramın həyata keçirilməsi ADİU-nun dünya universitetlərinin reytinq siyahılarında yer alması, əcnəbi tələbə və professorların sayının əhəmiyyətli dərəcədə artması və regional səviyyədə ən nüfuzlu ali məktəblərdən birinə çevrilməsi üçün yeni imkanlar açacaq.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno