ADİU-nu ən yüksək balla bitirən məzunu – Zeynəb Dadaşova

05 İYUN 2015 | VIEWS:
1782

Zeynəb Dadaşova 1994-cü il, avqustun 16-da Bakıda anadan olub. 2011-ci ildə T.İsmayılov adına 6 saylı lisey-məktəbi əla qiymətlərlə bitirib, 602 bal ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dünya iqtisadiyyatı (ingilis dilində) fakültəsinə qəbul olunub. I kursu əla (A) qiymətlərlə bitirib, Xüsusi İstedadlar Fakültəsinə qəbul olunub.

Təhsil aldığı dövrdə bir sıra biznes müsabiqələrdə və layihələrdə iştirak edib, yerli və beynəlxalq müsabiqələrdə qalib olub.

2012-ci ildə İnternet İdarəçilik Forumunda könüllü iştirak edib, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çərçivəsində təcrübə keçib. “Eurovision Song Contest 2012” müsabiqəsində könüllü fəaliyyətinə görə Fərqləndirici diplom ilə təltif edilib. Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşkil etdiyi “Azerbaijan Foresight Futures Studies” 2011-2012-ci il üçün kursunu əlaçı diplom ilə bitirib.

2013-cü ildə fakültədə “İlin tələbəsi” adına layiq görülüb. Həmçinin Nobel Beynəlxalq Qardaşlıq Fondunun (Nobel International Fraternity Foundation) Tələbə Təqaüd proqramının qalibi olub.Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası (AFUNİ) və Qafqaz Universitetinin təşkil etdiyi inşa müsabiqəsinin I yerə layiq görülüb.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNDP tərəfindən təşkil olunan İlk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransında təmsilçi seçilib. Goi Peace Foundation və UNESCO tərəfindən keçirilən Gənclər arası Beynəlxalq Esse müsabiqəsində iştirak edib.University of Business and International Studies (UBIS) (Geneva, Switzerland) tərəfindən keçirilmiş “Dünya iqtisadiyyatı” kursunu “A” qiyməti ilə bitirib.MDB ölkələrin gənclər arası “Have an İdea” müsabiqəsinin fəal iştirak edib.

2014-cü ildə komandası ilə Azerbaijan Business Case müsabiqəsində I yerə layiq görüldüyünə görə ADİU-nun “Fəxri fərman” ilə təltif edilib.Komanda kapitanı kimi “Peak Time International Student Business Competition 2014”-da iştirak edib: komandası maliyyə, iqtisadiyyat və biznes sahələrində biliklərindən istifadə edərək verilən tapşırıqları uğurla həll edərək, 500 iştirakçı arasından seçilərək Azərbaycanı finalda təmsil edib. Uğurlu komanda işi və yüksək səviyyəli maliyyə analizinə görə komandası 500 iştirakçı arasında 6-ci yerə layiq görülüb. BP (British Petroleum) şirkətinin Maliyyə departamentində yay təcrübəsi keçib. “Xaricdə Təhsil üzrə II Ümumrespublika IDP Kuboku” müsabiqəsində IV yerə layiq görülüb. Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçirtdiyi Junior Research Fellowship proqramının II yer qalibi.Eyni zamanda “Sənaye və tələbə” universitet daxili biznes müsabiqəsində fakültə yoldaşları ilə birlikdə II yerə layiq görülüb.Azercell Tələbə Təqaüdü Proqramının qalibi.

Bakalavr təhsilini ingilis dilində almaqla yanaşı, IELTS imtahanından keçərək, 8.0 bal (maksimum 9.0 baldan) toplayıb. Eləcə də, Azercell Tələbə Təqaüdü Proqramının qalibi olub.

2015-ci ildə Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisadiyyat Məktəbi”nin keçirdiyi olimpiadada“Dünya iqtisadiyyatı” nominasiyasıüzrə qalib gəldiyinə görə ADİU-nun Fəxri Fərmanı ilə təltif edilib.Tələbələr arası I Biznes İdarəetmə olimpiadasında I yer tutub.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNDP Azerbaijan tərəfindən Bakıda təşkil olunan “First International Model UN Security Council Conference (Birinci Beynəlxalq BMT Təhlükəsizlik Şurasının Model Konfransı)” tədbirində təmsilçi olaraq çalışıb. Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə keçirilən “Gələcək Nəsillərlə Üz-Üzə” 5-ci Ümumrespublika İnşa Müsabiqəsinin 2 nominasiyası üzrə qalib olub.

2014/2015-ci tədris ilində yekun GPA 98.5 ilə ADİU-nun ən yüksək bal toplayan məzunu seçilib.

Zeynəb Dadaşova eyni zamanda bir sıra araşdırma işləri də həyata keçirib. Misal üçün, “Caucasus Research Resource Centers”ın təşkil etdiyi “Junior Research Fellowship Program 2013” çərçivəsində bir illik treninq və seminarlarda uğurla iştirak edib yekun qiymətləndirmə və araşdırma layihəyə əsasən II yerin qalibi olub.

“oikos” Warsaw təşkilatının keçirdiyi Beynəlxalq oikos Warsaw Essay Writing Competition-da iqtisadiyyat və dayanıqlı inkişaf mövzusunda inşa müsabiqəsində I yerə layiq görülüb: həmin araşdırma işi Warsaw School of Economics mətbu orqanında çap olunub. 2 ilə yaxın ADİU-nun Enactus komandasında layihələr meneceri işləyib, komanda üzvləri ilə birlikdə layihələr hazırlayıb, onların maliyyə və marketinq sahələrini inkişaf etdirərək, həyata keçirilməsi üçün partnyor təşkilatların axtarışı və bazar araşdırılmalarında iştirak edib.

1783 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno