ADİU-nun Elmi Şurası keçirilib

26 FEVRAL 2015 | VIEWS:

Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədris və təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov 2014/2015-ci tədris ilinin qış imtahan sessiyasının yekunu və nəticələri haqqında məruzə ilə çıxış edib. Bildirib ki, bakalavr təhsil pilləsi üzrə imtahan sessiyasında 11559 tələbə, magistr təhsil pilləsi üzrə 1703 magistr iştirak edib. Fakültələr üzrə mənimsəmə faizi 59-100% arasında olub. Ən yüksək “SABAH” qrupları üzrə –100%, ən aşağı isə «Türk dünyası işlətmə» fakültəsində – 59% olub. Mənimsəmə faizi əvvəlki illərlə müqayisədə artaraq 85% təşkil edib.

2014/2015-ci il qış imtahan sessiyasında əla qiymət alan tələbələrin  sayı əvvəlki illərlə müqayisədə artaraq 635 nəfər, akademik borcu qalan tələbələrin  sayı isə azalaraq 1676 nəfər olub. Ən aşağı mənimsəmə I kursda (72%), ən yüksək mənimsəmə isə III kursda (91%) olub. Əla qiymət alanlar üzrə ən aşağı göstərici I kursda (cəmi 17 nəfər), ən yuxarı göstərici isə III kursda (254 nəfər) olub.

Tədris olunan müəyyən fənlər üzrə nəticələr daha aşağı olub. Ən uğursuz nəticələr Əmtəəşünaslıq fakültəsində Azərbaycan tarixi fənni üzrə, İqtisadiyyat və sənaye fakültəsində Fizika fənni üzrə olub.

Fakultələrin I kurs tələbələrinin orta bal reytinqinə görə Uçot-iqtisad fakültəsi 1-ci yerdədir. İnformatika və idarəetmə və Kommersiya fakültələri isə uyğun olaraq ikinci və üçüncü yerləri bölüşdürürlər.  Qış imtahan sessiyasının nəticələri ilə əlaqədar appelyasiya komissiyasına 1556 ərizə ilə müraciət edilib. 756 ərizədə  tələbənin müraciəti əsassız hesab edilib, 800 ərizəyə əsasən   imtahan nəticələrində müvafiq düzəlişlər edilib.

Universitet üzrə prezident təqaüdçülərimizin qış imtahan sessiyası da uğurlu olub. 2 nəfər prezident təqaüdçüsündən hər ikisi  də bu adı özündə saxlaya bilib.

Magistratura təhsil pilləsində də imtahan sessiyasının nəticələri uğurlu olub. Əyani şöbənin 1779 magistrindən 1703 nəfəri imtahanlarda iştirak edib, onlardan 1596 nəfəri imtahanları müvəffəqiyyətlə başa vurub. Mənimsəmə 90%, keyfiyyət isə  50 % olub.

Tələbə və magistrlər  imtahan sessiyası müddətində ehtiyac yarandıqda həm Qaynar xəttə, həm də Qaynar xəttin   “Facebook” sosial şəbəkəsindəki  rəsmi səhifəsinə  mürtaciət ediblər.

Uçot-iqtisad fakültəsinin dekanı Niyazi İsmayılovun ADİU nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının 2013-2014-cü illərdəki fəaliyyəti haqqında hesabatını dinlənilib.

Sonra iştirakçılara tələbə-rektor seçkilərinin nəticəsi haqqında məlumat verilib. Bildirilib ki, seçkilər obyektiv və şəffaf keçirilib. Elmi şura iştirakçıları yeni tələbə-rektor– Biznes inzibatçılığı fakültəsinin 2-ci kurs tələbəsi Cavanşir Əsədovla tanış olublar.

Rektor, professor Ədalət Muradov İqtisadi nəzəriyyə-2 kafedrasının professoru Şamil Qafarova 65 illiyi münasibətilə ilə təltif olunduğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi”  döş nişanını təqdim edib. Sonra Maliyyə fakültəsinin dekan müavini Anar Hüseynova iqsad elmləri üzrə fəlsəfə doktoru diplomu, universitetin bədii rəhbəri Əfsanə Məmmədovaya “Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirin ədəbi-bədii kompozisiyasının təşkilinə görə” Fəxri Fərman təqdim olunub.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno