ADİU-ya yüksək balla qəbul olan tələbələr stimullaşdırılacaq

03 İYUN 2015 | VIEWS:


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurasının qərarına əsasən, təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dan yuxarı bal toplayaraq, 1-ci kursa daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcək. 2015-2016-cı tədris ilinin ilk semestri müddətinə təyin olunacaq təqaüdün məbləği 100 manat müəyyən edilib.

Eləcə də, universitetdə qəbul edilmiş digər qərara uyğun olaraq, hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.