gulnara_agabeyovaAğabəyova Gülnarə Şükrəddin qızı

1976-cü il avqustun 31-də Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» ixtisasını bakalavr pilləsi üzrə;
1999-ci ildə həmin ixtisas üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
Magistraturanı başa vurduqdan sonra «Bank işi və pul tədavülü» kafedrasına baş laborant vəzifəsinə qəbul edilmişdir.

2002-ci ildə həmin kafedranın müəlimi vəzifəsinə keçirilmişdir.

9 dekabr 2000-ci il – ADİU-nun «İqtisadiyyatın tənzimlənməsi» fakültəsinin Elmi Şurasının qərarı ilə «Qiymətlə vergilərin qarşılıqlı əlaqələrinin tənzimlənməsi problemləri» mövzusunda Elmi-tədqiqat işini aparmaq üçün dissertant təsdiq olunmuşdur.

Qeyd olunan mövzuda dissertasiya işini başa çatdırmış və «İqtisadiyyatın tənzimlənməsi», «Qiymət», «Vergi və vergiqoyma» kafedralarının birgə iclasında müzakirə edilmişdir.

*

2008-ci ildə Universitetin Elmi-seminarının müzakirəsindən keçmişdir. Dissertasiya mövzusu üzrə 25 elmi məqalənin müəllifidir.

26 oktyabr 2011-cı ildə Universitetin Dissertasiya şurasında müdafiə etmişdir.
2012-ci ildə  Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən  iqtisad üzrə fəlsəfə doktoru adı verilmişdir.

2013-cü ilin fevralında müsabiqə yolu ilə «Bank işi» kafedrasında baş müəllim seçilib.
2017-ci ilə kimi “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi olub.
2017-ci ildən “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

Bir övladı var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

gulnara9cd04e28ed-1