Martın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) Bakıdakı Məlumat Mərkəzinin təqdimatı keçirilib.
Beynəlxalq Əlaqələr Departamentin rəhbəri Anar Kazımov tədbirdə iştirak edən professor-müəllim heyətini, doktorant, gənc alimvə tələbələrə DAAD-ın fəaliyyəti haqqında məlumat verib.
DAAD Bakıdakı Məlumat Mərkəzinin nümayəndəsi xanım Səmra Nusal Mərkəzin göstərdiyi xidmətlər və Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqaramları çərçivəsində təhsil almaq və tədqiqatın aparılması üçün yaradılan imkanlar haqqında geniş təqdimatla çıxış edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
*
Qeyd: DAAD Bakıdakı Məlumat Mərkəzinin fəaliyyəti və proqramları haqqında məlumat əldə etmək üçün aşağıdakı internet səhifəsinə müraciət etmək olar: