Almaniyada təqaüd imkanları

15 MART 2016

Almaniyanın DAAD (Alman  Akademik Mübadilə Xidmətinin) Bakıdakı Məlumat Mərkəzinin UNEC-də təqdimatı keçiriləcək. Tədbirdə Almaniyanın ali təhsil müəssisələrində təqaüd və grant proqaramları çərçivəsində təhsil almaq və tədqiqat aparmaq imkanları haqqında məlumat veriləcək.

         Tarix: 17 mart 2016-cı il

         Saat: 15.00

         Məkan: UNEC, əsas tədris binası, Heydər Əliyev Mərkəzi (3-cü mərtəbə)

İştirakçılar: UNEC-in 3-4-cü kurs tələbələri, magistrantlar, gənc alimlər və doktorantlar

Əlavə məlumat üçün: Beynəlxalq əlaqələr departamenti, 115-ci otaq, 492-60-45