Əlilliyi olan tələbələrin texniki təminatı
Əlilliyi olan tələbələrin təhsildə tam iştirakını təmin etmək üçün texniki vasitələr və xüsusi avadanlıqların istifadəsi zəruridir. Bu təminat əlçatan və inklüziv təhsil mühitinin yaradılmasında mühüm rol oynayır. Bu sahədə diqqət yetirilməli əsas istiqamətlər bunlardır:
Xüsusi kompüter avadanlıqları və proqram təminatı:
Görmə məhdudiyyəti olan tələbələr üçün ekran oxuyucular (screen readers), böyüdücülər və Brayl klaviaturaları.
Brayl çapı artıq daha yeni metodların (audio, video yazılar) əldə edilməsi ilə artıq istifadə edilmir.
Eşitmə məhdudiyyəti olanlar üçün nitqin mətnə çevrilməsi proqramları və subtitrlərin avtomatik yaradılması alətləri.
Rəqəmsal əlçatanlıq:
Tədris materiallarının əlilliyi olan tələbələr üçün uyğun formatlarda təqdim edilməsi, məsələn:
Audio kitablar və ya oxuna bilən PDF formatları. Online platformaların universal dizayn prinsiplərinə uyğun qurulması.
Texniki təminat vasitələri yalnız fiziki məhdudiyyətlərin aradan qaldırılması üçün deyil, həm də tələbələrin akademik uğurlarına dəstək olmaq üçün əsas şərtdir. Bununla yanaşı, texnologiyanın inkişafı bu təminatın daha da təkmilləşdirilməsinə şərait yaradır. Hər bir universitet və təhsil müəssisəsi inklüziv təhsilə yönəlik strategiyaları daha da genişləndirməlidir.
*
*
Görmə Məhdudiyyəti Olan İnsanlar Üçün:
JAWS (Job Access With Speech)- Ekran oxuyucu proqramdır, Windows mühitində işləyir
NVDA (Non-Visual Desktop Access)- Windows sistemində işləyir və müxtəlif dilləri dəstəkləyir
ZoomText – Görmə zəifliyi olan istifadəçilər üçün mətn böyüdücü və ekran oxuyucu proqramdır.
Eşitmə Məhdudiyyəti Olan İnsanlar Üçün:
Transcription Proqramları (Otter.ai, Google Live Transcribe) – Danışığı mətinə çevirir və Video zənglər və mühazirələr zamanı istifadə edilə bilər.
Captioning Proqramları:
Zoom, Microsoft Teams kimi platformalarda avtomatik altyazı xidmətidir.
Mərkəzdə masalar təkərləkli kürsüdə olan tələbələr üçün xüsusi yüksəklikdə quraşdırılıb.
Mərkəzdə daim sosial psixoloji dəstək üçün tələbə və müəllim heyati ilə görüşlər keçirilir.