Avropanın 349-cu, Qərbi Asiyanın 14-cü, Azərbaycanın 1-ci universiteti – UNEC!

21 SENTYABR 2023 | VIEWS:

unec_qsQS Avropa Universitetləri Reytinqləri 2024” açıqlandı. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropada 349-cu, Qərbi Asiyada 14-cü, Azərbaycanda isə 1-ci yerə yüksəldi.

“QS Avropa Universitetlərinin Reytinqi” 5-i əsas, 7-si alt olmaqla, ümumilikdə 12 indikator əsasında müəyyən edilir.

UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-cidir. Bu göstərici 144.000 akademik heyətin rəyi əsasında müəyyən edilib. “İşəgötürənlər reputasiyası” indikatoru üzrə isə UNEC Avropada 195-cidir. Bu nəticə 98.000-dən çox işəgötürənlər arasında keçirilən sorğu nəticəsində əldə edilib.

*
https://news.unec.edu.az/xeber/125-universitet/10550-bold-red-avropanin-349-cu-gerbi-asiyanin-14-cu-azerbaycanin-1-ci-universiteti-unec-bold-red