Azərbaycan iqtisadiyyatı: gələcəyə optimist baxış

01 FEVRAL 2016 | VIEWS:

Rövşən Quliyev, iqtisad elmləri doktoru, professor

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini

Giriş

Henri Kissincerin hələ 30-35 il bundan əvvəl söylədiyi fikir ildən-ilə daha da aktuallaşır: “Biz öz tariximizdə ilk dəfə olaraq dünyada nə dominantlıq edə bilir, nə də bu dünyadan gizlənə bilirik”. Bütün ölkələr kimi, Azərbaycan da dünya iqtisadiyyatında baş verən proseslərin təsirindən sığortalanmayıb.Milli iqtisadiyyatı dünya iqtisadiyyatı okeanında üzən gəmiyə bənzətsək, okeandakı təlatümlər kiçik gəmilərə daha güclü təsir edir, hətta batıra bilir. Amma belə gəmilərin bir üstün cəhəti bundan ibarətdir ki, yüksək manevr qabiliyyətinə malik olduqlarından, kurslarını asanlıqla dəyişməklə fırtınadan daha tez qurtula bilirlər. Yeri gəlmişkən, vaxtı ilə böyük gəmilərdən ibarət güclü İspaniya donanmasının kiçik gəmiləri olan qat-qat zəif Britaniya donanmasına uduzmasının əsas səbəbi məhz bu olmuşdur. Sadəcə, gəmilərin məharətlə idarə olunması tələb olunur.

Tarixə kiçik ekskurs

Milli iqtisadiyyatlar milli dövlətlər tərəfindən tənzimlənir və buna tarixən 3 əsas yanaşma formalaşmışdır.

  1. Klassik yanaşma. Bu yanaşmanın ilkin radikal formasında gəminin sükanı olmur. Nəzərdə tutulur ki, batan gəminin batması məsləhətdir – bir neçə dəfə batandan sonra zaman keçdikcə bu okeanda üzməyə qadir olan yeni gəmi öz-özünə formalaşacaq. Bu sistemin əsas aktorları şirkətlər (istehsalçılar) və ev təsərrüfatlarıdır (istehlakçılar) və hesab olunur ki, rəqabət qabiliyyətli milli iqtisadiyyat məhz onların qarşılıqlı münasibətləri əsasında formalaşır, A. Smitin təbirincə desək, gəmini “bazarın görünməz əli” istiqamətləndirir.
  2. Sovet yanaşması. Bəzən bu yanaşmanı K. Marksın adı ilə bağlayırlar. Əslində XX əsrdə SSRİ-nin aparıcı qüvvə olduğu kommunist rejimlərində gerçəkləşdirilən bu yanaşma Marks ideyalarına əsaslanan modellərdən biridir.

Burada bazar mexanizmləri tamamilə boğulur, hesab olunur ki, hətta dənizin tam sakitliyi (yəni dəniz səthinin dümdüz olduğu) halında belə dövlət əlini gəminin sükanından ayırmamalıdır. Burada əsas aktor dövlətdir.

  1. Keyns yanaşması. Bu, faktiki olaraq, əvvəlki yanaşmaların sintezidir və 1929-33-cü illərdə Böyük Depressiya zamanı Keynsin özünün iştirakı ilə ABŞ-da onun ilkin tətbiqində dövlətin iqtisadiyyata müdaxiləsi yüksək həddə çatmışdı. Burada milli iqtisadiyyatın istiqamətləndirilməsində həm şirkətlərin, həm də dövlətin fəal rolu nəzərdə tutulur.

İkinci Dünya Müharibəsindən sonra müxtəlif şəraitlərin təsiri ilə klassik yanaşma, SSRİ-nin dağılması ilə isə Sovet yanaşması tamamilə iflasa uğramış və hər üç yanaşmanın çeşidli modifikasiyaları meydana çıxmışdır. 1970-ci illərdən başlayaraq son dövrlərədək milli iqtisadiyyatlarda tətbiqi tövsiyə olunan yanaşma monetarizmdir ki, bu da klassik yanaşmanın variasiyasıdır.

Keynsçiliyin monetarizmdən mühüm fərqi ondan ibarətdir ki, ikinci yalnız monetar mexanizmlərə üstünlük verir, birinci isə fiskal alətlər vasitəsilə dövlətin iqtisadiyyata daha fəal müdaxiləsini nəzərdə tutur.

Tarixi təcrübəni nəzərə alaraq, Azərbaycanın çağdaş vəziyyətində biz Keyns yanaşmasının gücləndirilmiş variantını–makroiqtisadi alətlərlə yanaşı, zəruri hallarda mezo- və hətta mikroiqtisadi səviyyələrdə dövlət müdaxiləsini təklif edirik. Başqa sözlə, “mötəbər” beynəlxalq təşkilatların tələb və tövsiyələrinə zidd olaraq, müasir mərhələdə biz dövlətin iqtisadiyyata fəal müdaxiləsini, nəinki, məqsədəuyğun, zəruri hesab etməklə, hətta dövlət sahibkarlığını istisna etmirik.

Qlobal trendlər

İqtisadiyyat sükanını düzgün idarə etmək üçün ilk növbədə okean qüvvələrinin gəmiləri hansı istiqamətə yönəltdiyini dərk etməliyik. Təbii ki, bu qüvvələr dünya məhsuluna ən çox töhfə verən ölkələrdə – ABŞ, Aİ, Yaponiya və Çində formalaşır. Son illərdə ABŞ, Aİ və Yaponiyada resessiya əlamətləri müşahidə olunur: (i) real ÜDM-in artım tempi azalır, hətta bəzi illərdə mənfi olmuşdur – real ÜDM-in özü  azalmışdır; (ii) Bunun nəticəsi olaraq dünya üzrə ticarət dövriyyəsi zəifləyir; (iii) həmin ölkələrdə əsas faiz dərəcələri 1%-dən aşağıdır. Bu indikatorların dünya iqtisadiyyatı üzrə nisbətən yüksək orta qiymətləri Çinin hesabına baş versə də, son dövrlərdə Çin ÜDM-nin də artım tempi sürətlə azalır.

Bu faktlar sübut edir ki, çağdaş dünya iqtisadiyyatı qlobal iqtisadi tsiklin azalan dalğasındadır. Bu fakt müxtəlif səviyyələrdə etiraf da olunur və resessiyadan qurtulmağın yolu kimi IV Sənaye inqilabı son Davos forumunda əsas müzakirə mövzusu olmuşdur.

Əvvəla, inqilablar heç vaxt insanlara fayda gətirməmişdir, inqilab adlandırılan iqtisadi dirçəlişlər isə elmi kəşflərin təşviq etdiyi təkamülün nəticəsidir. İkincisi, düşünürəm ki, postindustrial dövrdə sənaye inqilabı aktual görünmür. Dünyadakı proseslər göstərir ki, köklü dəyişiklik məhz sosial və iqtisadi problemlərin həllinə yanaşmada, idrakda, şüurlarda baş verməlidir.Əks halda bəşəriyyəti dövrümüzün ən güclü sosioloqu sayılan, etik iqtisadiyyatın görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Ceyms Bükenenin proqnozlaşdırdığı acı aqibət gözləyir: “Müasir demokratik cəmiyyətlər, ola bilər ki, yavaş-yavaş, amma inamlı addımlarla özünüməhv istiqamətində hərəkət edəcəklər”. Başqa sözlə, həm qlobal, həm də lokal səviyyədə iqtisadi və sosial siyasətdə əsaslı dəyişikliklər olmazsa, qlobal səviyyədə əvvəl staqnasiya, sonra isə böhranın dərinləşməsi qaçılmazdır.

Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti

Son dövrlərdə Azərbaycan iqtisadiyyatında baş verən mühüm hadisə manatın dollara nəzərən devalvasiyasıdır. Lakin bu, müəyyən mənada gözlənilməz deyildi – artıq 2010-cu ildən başlayaraq neft hasilatı sürətlə azalır, bu isə neft gəlirlərinin və əgər başqa ixrac seqmentləri inkişaf etdirilməzsə, xarici valyuta gəlirlərinin sürətlə azalması, yəni manatın yumşalması deməkdir. Düşünürəm ki, ötən ildə manatın ikiqat zəifləməsində milli iqtisadiyyatımız üçün bir xeyir var: əvvəla, biz əvvəl-axır qeyri-neft sektoruna müraciət etməli olacaqdıq və buna nə qədər tez başlasaq, bir o qədər yaxşıdır. İkincisi, neftin ucuzlaşması onun ixracını mənasız edir və olan-qalan neft ehtiyatlarımızı dəyər-dəyməzinə satıb, sonra neft idxal etməkdənsə, onu daxili istehlaka saxlamaq daha məqsədəuyğundur.

Azərbaycan iqtisadiyyatında müşahidə olunan bir sıra müsbət meyillər də optimizm yaratmaqla bu təklifi dəstəkləyir:

  • Əvvəla, rəsmi statistikanın rəqəmlərinə görə son illərdə qeyri-neft ÜDM-i durmadan artaraq, neft-qaz ÜDM-ni üstələmişdir.
  • Özü də qeyri-neft ÜDM-nin artım tempi kifayət qədər yüksəkdir: 2011-12-ci illərdə 19%, 2014-də 10%.
  • Qeyri-neft sektorunun ixracı da ildən-ilə artır. Yalnız 2014-də azalma olmuş, lakin 2015-ci ildə yenidən artım bərpa olunmuşdur və diqqəti cəlb edən budur ki, bu artım qeyri-neft sektoru üzrə real effektiv məzənnənin artması fonunda baş vermişdir ki, bu da yaxşı hal kimi dəyərləndirilməlidir və həmin məhsulların rəqabətqabiliyyətlilik potensialının kifayət qədər yüksək olmasına dəlalət edir.
  • Neft sektorunda əhalinin cüzi hissəsi çalışır. Bu isə o deməkdir ki, bu sektordakı tənəzzülün işsizliyə təsiri güclü deyil.
  • Qida məhsullarının idxalı istehsalından 50% çoxdur.
  • Tikinti materiallarında istehsal idxalı üstələsə də, idxal yenə də çoxdur.
  • Kimya sənayesi məhsullarında da idxal istehsaldan 3 dəfə çoxdur.
  • Plastmas məmulatlarının idxalı da çoxdur.Son dörd fakt istehsal-idxal nisbətində vəziyyətin yaxşı olmadığına dəlalət edir. Amma gələcəyə baxsaq, burada böyük potensial – qeyri-neft sektoru hesabına ÜDM-in artırılması imkanları aşkar olur.
  • Nəhayət, Dünya Bankının məlumatına görə Azərbaycanda adambaşına düşən milli gəlirin bu günkü səviyyəsi AQP-yə görə təqribən 17000 dollar civarındadır ki, bu da qənaətbəxş hesab oluna bilər vəyeni start üçün normaldır.

Problem nədir?

Devalvasiyadırmı problem? Dolların kursunun 2 manat, 5 manat olması da özlüyündə problem deyil – Rusiyada dollar 1 gündə 3,5 dəfə bahalaşdı və sonrakı illərdə Rusiya iqtisadiyyatı artdı.

Real gəlirlərin azalması, yəni inflyasiyadırmı problem? Bəli, yoxsul əhali təbəqəsi üçün bu, həlli zəruri olan problemdir. Amma inflyasiya da ölkə miqyasında problem deyil, o vaxta qədər ki, o, nəzarətdən çıxmayıb. Əksinə, mülayim inflyasiya istehsala stimul ola bilir. Ümumiyyətlə, devalvasiya, inflyasiya və bu kimi aralıq fenomenlərlə mübarizəyə çağırış xəstəni simptomatik müalicə etmək kimi təhlükəlidir. Bu, ağacın arxasında meşəni görməmə sindromudur.

Sözsüz ki, sual meydana çıxır: Azərbaycan iqtisadiyyatının problemi yoxdurmu və varsa nədən ibarətdir?

Əvvəla, problem anlayışına tərif verməyə çalışaq. Bizim yanaşma belədir: Problem gələcəkdə vəziyyətin pisləşməsi gözləntisidir. Bu tərif göstərir ki, əgər neqativ gözləntiləri neytrallaşdırma planı hazırlayıb həyata keçirmək imkanı varsa, vəziyyətin pisliyindən və problemdən danışmağa dəyməz.

Hər an hər bir ölkənin qarşısında duran iqtisadi problem davamlı iqtisadi artım problemidir və vəziyyətin pisləşməsi dedikdə burada adambaşına ÜDM-in azalması nəzərdə tutulur.  Biz məsələyə bu cür yanaşmalı və məhz bu problemi həll etməyə çalışmalıyıq. Azərbaycan iqtisadiyyatına gəlincə, hesab edirik ki, buna yol verməmək imkanı var, yəni bu mərhələdə problem yoxdur. Bir daha vurğulayıram: vəziyyətin sıxıntılı olması problem deyil, pisləşməsi problemdir.

Rokirovkanı vaxtında etmək lazımdır

Qədim dövrlərdə hərbi yürüşlərdən qorunmaq üçün qalalar tikilirdi. Müasir dövrdə müharibələr hərbi müstəvidən iqtisadi müstəviyə keçirilib. İndi iqtisadi qalalar qurmaq lazımdır. Azərbaycan üçün iqtisadi qalanın qurulması şahmatda qalanın qurulmasına – rokirovkaya bənzəyir – neftdən digər əsas məhsul(lar)a keçid seçimi etmək lazımdır. Şahmatda olduğu kimi bu işdə gecikmə problemlər yaradar.

Reallıqdan və aktuallıqdan çıxış edərək, biz bu istiqamətdə təkliflərimizi 3 qrupa bölürük: qısamüddətli, ortamüddətli və uzunmüddətli təkliflər.

Qısamüddətli dövr üçün təkliflər:

  1. İlk növbədə milli iqtisadi inkişaf strategiyasını hazırlamaq lazımdır. Bu, ölkənin iqtisadi konstitusiyası olacaq – bütün sonrakı qərar və tədbirlər məhz bu strategiyanın reallaşdırılmasına xidmət edəcəkdir. Strategiyanın hazırlanması üçün əsasən tədqiqatçı və ekspertlərdən ibarət olan xüsusi qurum yaradılmalıdır. Qurumun əsas vəzifəsi ölkənin elmi əsaslandırılmış və konkretləşdirilmiş iqtisadi inkişaf strategiyasının işlənib hazırlanması olmalıdır. Adekvat tədqiqatların həyata keçirilməsi üçün Quruma müəyyən səlahiyyətlər verilməlidir.
  • Dövlət sirrindən başqa bütün iqtisadi məlumatlar Qurum üçün əlçatan olmalıdır.
  • Qurum tərəfindən hazırlanmış və dövlət rəhbərliyi tərəfindən qəbul olunmuş qərarların icrası üzərində monitorinq və nəzarət məhz Qurum tərəfindən həyata keçirilməlidir.
  • Qurumun təklifləri ölkənin iqtisadi inkişaf vektorlarını müəyyənləşdirir və burada buraxılan hər bir səhv ölkə üçün baha başa gələr. Buna görə də bu təkliflər səlahiyyətli dövlət orqanlarına təqdim olunmazdan əvvəl güclü ekspertiza keçməli, bu məqsədlə bu mərhələdə həmin təkliflərin hər bir vətəndaş üçün şəffaflığı və əlçatanlığı təmin olunmalı və lazım olarsa, xüsusi ekspertiza təyin olunmalıdır.
  1. Minimal, orta və ləyaqətli həyat üçün istehlak səbətlərinin müəyyənləşdirilməsi.
  2. Yoxsul əhali kateqoriyalarının dəstəklənməsi mexanizmlərinin işlənib hazırlanması. Dollar və avro krediti olan fərd və şirkətlərə xüsusi yanaşma tətbiqi.
  3. Həyati əhəmiyyətli və strateji idxal məhsullarının qiymətlərinin tənzimlənməsi.
  4. Xarici kapitalın ölkəyə cəlb olunması.
  5. Tükənən əsas resurslardan, o cümlədən kommunal xidmətlərdən istifadə üzrə ödənişlərə differensial yanaşma.
  6. Müəssisələrin istehsal effektivliyinin stimullaşdırılması.
  7. Bütün səviyyələrdə və bütün subyektlər üçün ciddi qənaət rejiminin təşviqi.
  8. İnhisarçı istehsalçılara xüsusi yanaşma!

Ortamüddətli dövr üçün təkliflər:

  • İdxal əvəzetmə və ixrac yönlü seqmentlərin müəyyənləşdirilməsi.
  • Müəyyənləşdirilmiş seqmentlər üzrə istehsal müəssisələrinin yaradılması. Sözsüz ki, bu müəssisələri əsasən biznes strukturları yaratmalıdır, amma iri obyektlərin yaradılmasında dövlətin fəal iştirakı, hətta dövlət sahibkarlığı zəruri ola bilər.

Uzunmüddətli dövr üçün təkliflər:

  • Milli iqtisadi inkişaf strategiyasının reallaşdırılması.
  • Neftin ixracının minimallaşdırılması və enerji mənbəyi kimi qalan neftin yalnız daxili istehlak üçün istifadə olunması və gələcək nəsillər üçün saxlanılması.
  • Stabil xarici iqtisadi inteqrasiya əlaqələrinin yaradılması.

Mövcud vəziyyəti əsas götürərək, biz Azərbaycanın qeyri-neft ÜDM-nin 4 senaridə perspektiv dinamikasını imitasiya etmişik. İllik 10% artımla biz, 2020-ci ildə qeyri-neft ÜDM-ni indiki ÜDM səviyyəsinə çatdıra bilərik.

Təhdidlər və risklər

Təklif olunan tədbirlərin, o cümlədən tədqiqatların həyata keçirilməsi prosesində müəyyən yanlışlıqlar və tələlər meydana çıxa bilər.

  1. Əvvəla, tədqiqatlar zamanı istifadə olunan məlumatların dürüstlüyü çox vacibdir. Səhv məlumat, səhv nəticənin, səhv nəticə isə səhv qərarın mənbəyidir.
  2. İkinci tələ: Perspektiv klasterlərin seçimi məsələsində a) “yüz ölç, bir biç” və b.) konkretlik prinsiplərinə sözün əsl mənasında əməl olunmalıdır.
  • Əvvəla, kənd təsərrüfatı, turizm və bu kimi mücərrəd təkliflər qəbul olunmazdır.
  • İkincisi, konkret məhsul təklifi tədqiqata əsaslanmalıdır.
  • Nəhayət, xüsusən beynəlxalq təşkilatların apardığı tədqiqatların həm metodologiya, həm də istifadə olunan məlumat bazası baxımından adekvatlığı əksər hallarda şübhə doğurur. Bu iş Qurum tərəfindən həyata keçirilməlidir.

 

Nəticə

  1. Neftsiz Azərbaycan iqtisadiyyatı formalaşdırılmalıdır.
  2. Dünya bazarlarında vəziyyət sürətlə dəyişir: yeni əvəzləyici məhsullar, rəqiblər, istehsal və marketinq texnologiyaları yaranır.Bu sürətlə ayaqlaşmayan ölkələr və şirkətlər mövqelərinin zəifləməsinə məhkumdurlar. Mövqeyi saxlamaq və möhkəmlətmək müxtəlif istiqamətli tədqiqatları zəruri edir.
  3. Uzunmüddətli dövrdə dəyişikliklər təbiidir. Odur ki, uzunmüddətli milli inkişaf strategiyası daim yeni mühitə adaptasiya olunmalıdır.
  4. Davamlı iqtisadi artımın zəruri şərti permanent monitorinq və tədqiqatlardır!
Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis