Azərbaycan Maliyyə-İqtisad Kollecində Novruz şənliyi

16 MART 2018 | VIEWS:
872

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Novruz şənliyi keçirilib.

Kollecin direktoru, dosenti Oruc Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə ehtiva edən bu tarixi günün əhəmiyyətindən danışıb.

Tədbir bədii hissə ilə davam edib. Tələbələr Novruzla bağlı şeir, musiqi ifa ediblər və maraqlı səhnəciklər göstəriblər.

873 1