UNEC-də “kriptovalyuta” fənni tədris olunacaq

06 OKTYABR 2021 | VIEWS:
61

Azərbaycanda ilk dəfə olaraq, kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib.

“Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilində MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək.

MBA tələbələri “Kriptovalyutalar və kiber risklər” fənni üzrə elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəsizliyi və kiber risklər, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edəcəklər. Tədris üzrə praktiki təlimlər (workshop) də nəzərdə tutulub, hansı ki, tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılması qaydaları izah ediləcək.

*

https://news.unec.edu.az/xeber/106-tedris/7864-bold-red-azerbaycanda-ilk-defe-olarag-kriptovalyuta-fenni-tedris-olunacag-bold-red

62 1