Azərbaycanı yeni zirvələrə aparan partiya

10 NOYABR 2022 | VIEWS:
148

Xalq qəzeti 

Şərəfli və zəngin yol keçmiş Yeni Azərbaycan Partiyası fəaliyyətinin 30 illiyini ərazi bütövlüyünü təmin etmiş, dünyanın qüdrətli dövlətləri ilə bir sırada dayanan ölkənin partiyası olaraq, böyük qürur hissi ilə qeyd edir.

30 il əvvəl dövlətçiliyini yenicə bərpa etmiş ölkəmizdə hökm sürən siyasi qeyri-sabitlik, böhran və iqtisadi tənəzzül müstəqilliyimizə böyük zərbələr vururdu. Belə bir mürəkkəb şəraitdə cəmiyyətin sağlam qüvvələri, ilk növbədə,  ziyalılar, nüfuzlu insanlar ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması ideyasını irəli sürdülər. 1992-ci il noyabrın 21-də o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qədim diyarda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Bu tarixi hadisə ölkəmizin taleyində dönüş nöqtəsi oldu.  Zamanın sosial sifarişi olaraq yeni tipli xalq partiyasının yaradılması gənc dövlətimizi ümumi böhrandan çıxaran, cəmiyyəti dövlət müstəqilliyinin qorunub saxlanmasına səfərbər edən, ölkəni gələcək uğurlara aparan yolun başlanğıcı oldu,  Azərbaycanın xilas və təqqisinin əsasını qoydu. Cəmi 6 ay sonra isə dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin tarixi fəlakət məqamında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı baş verdi.

Ulu öndərin bundan sonrakı gərgin fəaliyyəti, doğru-düzgün daxili və xarici siyasəti ilə ölkədə siyasi vəziyyət sabitləşdi və dövlətimiz davamlı inkişaf yolu ilə irəliləməyə başladı. On minlərlə vətənpərvər insan öz siyasi taleyini Azərbaycanın ictimai-siyasi həyatında mühüm və əvəzsiz xidmətlər göstərmək missiyasını üzərinə götürmüş Heydər Əliyev partiyası ilə bağladı. O günlərdə əqidəsindən, siyasi mənsubiyyətindən, ictimai mövqeyindən, yaşından asılı olmayaraq, bütün cəmiyyət ümidlərini ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bağladı. Dahi siyasətçinin rəhbərliyi ilə qısa müddətdə mötəbər gücə çevrilmiş Yeni Azərbaycan Partiyası ölkə həyatında layiqli mövqe qazandı.
Qısa zamanda ölkəmizin bütün bölgələrində partiyanın təşkilatlanması prosesi başladı, xalqımızın ümummilli liderə dərin inam və etimadı nəticəsində partiyanın sıraları gündən-günə genişləndi. Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlət quruculuğunda əldə edilən uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırmağa başladı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu sahəsində məqsədyönlü siyasət həyata keçirildi və bununla da xalqın hakimiyyətin mənbəyi olduğu prinsipi bərpa edildi, vətəndaş cəmiyyəti təsisatları, demokratik institutlar yaradıldı, ictimai-siyasi sabitlik bərqərar edildi.
Bu gün ölkəmizin ərazi bütövlüyünü təmin etmiş və şanlı Zəfər tariximizi yazmış qüdrətli Azərbaycan Silahlı Qüvvələri yaradıldı, torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəal siyasi-diplomatik mübarizənin təməli qoyuldu. Həmçinin uğurlu islahatlara başlanıldı, iqtisadi tənəzzülün qarşısı alındı, Azərbaycan davamlı inkişaf mərhələsinə qədəm qoydu, ölkədə bütün sahələrdə islahatlara başlanıldı.

Bütün təbəqələrdən olan insanları özündə birləşdirən YAP bu gün regionun oturuşmuş siyasi partiyası, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Siyasi hədəflərini milli maraqlar, müstəqil, hüquqi və demokratik dövlət, şaxələndirilmiş iqtisadiyyat, idarəçilikdə və milli ideologiyada varislilik, azad insan, xalq–hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər üzərində quran Yeni Azərbaycan Partiyası 30 ildir ki, ulu öndərin müəyyən etdiyi dəyərlərə sadiq qalaraq, müstəqil dövlətçiliyimizin möhkəmlənməsini və tərəqqisini təmin edir.

Azərbaycan artıq sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunduğu dövlətdir və bəşəriyyəti narahat edən qlobal problemlərin həllində öz mövqeyini ortaya qoyur. Yarandığı gündən dahi lider Heydər Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirən YAP öz yaradıcısının irsinə sadiqliyini daim qoruyub saxlamışdır.

Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın və vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanmışdır. Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Azərbaycanın modernləşmə yolu ilə inkişafını, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasını təmin etməyi əsas amallarından biri kimi qarşısına qoyub. Partiyamız bundan sonra da müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisi naminə bütün gücünü səfərbər edəcək, yorulmadan, əzm və sədaqətlə qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirəcəkdir.

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioriteti olaraq qalmaqdadır. Ölkəmiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik, qanunun aliliyi, azərbaycançılıq, varislik və təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət prinsipləri əsasında yenilənir və müasirləşir. Bu prinsiplər Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda, gələcək perspektivdə YAP-ın qarşısında duran vəzifələri özündə ehtiva edir.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib, siyasi, iqtisadi imkanlarını genişləndirib, beynəlxalq arenadakı mövqeləri möhkəmləndirib. Bu gün regionun bütün beynəlxalq, irimiqyaslı layihələri Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə reallaşdırılır. Həyata keçirilən regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.

Bu gün qüdrətli ictimai-siyasi təşkilat olan YAP, Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi liderliyi, dönməz iradəsi ilə bütövləşən Azərbaycanın daha güclü və sabit dövlət olması, vətəndaş rifahının daha da yaxşılaşdırılması naminə ulu öndər Heydər Əliyevin müdrik ideyalarını sədaqətlə həyata keçirməkdədir.

Bu gün xalqımız YAP-ın yaradılmasının 30-cu ildönümünü partiya üzvləri ilə birlikdə qürur və təntənə ilə qeyd edir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmişdir. YAP qalib xalqımızın Zəfər partiyasıdır.

Qalib xalqın lideri, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək!

Ədalət MURADOV,
YAP İdarə Heyətinin üzvü, Azərbaycan İqtisad Universitetinin rektoru, professor

shttps://news.unec.edu.az/xeber/125-universitet/9375-azerbaycani-yeni-zirvelere-aparan-partiya

149 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno