ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar Radio UNEC–in qonağı olub. “Nə etmək istədiyini yaxşı bilən UNEC yaxın zamanlarda dünya səviyyəli universitet olacaq” deyən dünya şöhrətli alim universitetin çox bacarıqlı tələbələrinin olduğunu, burada gələcəyin Nobel mükafatçılarını gördüyünü xüsusi vurğulayıb və tələbələrə tövsiyyələrini verib: “Nobel mükafatını almaq önəmli deyil, önəmli olan ailənizə, ölkənizə, insanlığa faydalı olmaqdır”.
Professor Aziz Sancar bundan sonra görmək istədiyi arzusunu da Radio UNEC dinləyicilərilə bölüşüb: “Həyatda ən böyük arzum Türk dünyasının birliyini görməkdir”.
Azərbaycanı, onun mədəniyyətini, xüsusi ilə musiqilərini çox sevdiyini, hələ gənclik dövrlərindən xalq artisti Zeynəb Xanlarovanın mahnılarından zövq aldığını bildirən A.Sancar ölkəmizdən, UNEC-dən xoş təəssüratlarla ayrılacağını və həmişə xatırlayacağını deyib.
*
VİDEO