maryam_eaerb.f.d. Məmmədəliyeva Məryam Xalıq

04 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 82 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə  həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini  fərqlənmə diplomu ilə bitirmişdir.

1995-ci ildən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Fizika” kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  “Qida məhsullarının texnologiyası” kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 2009-cu ildə tyutor kursunu fərqlənmə sertifikatı ilə bitirib, akademik məsləhətçi vəzifəsində 2021-ci ilə kimi fəaliyyət göstərmişdir. 2004-2014-cü tədris illərində “Qida məhsullarının texnologiyası” kafedrasında saat hesabı ilə dərs aparmışdır. 2021-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.

*

2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Bəzi dənli bitkilərin mikrobioloji cəhətdən qiymətləndirilməsi və onların tərkibindəki  nişastanın enzimoloji konversiyasi”  mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2018-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunun elmlər doktorluğu proqramı üzrə dissertantıdır.

55 elmi-metodiki əsəri (2 fənn proqramı və 1 laboratoriya praktikumu) dərc edilmişdir. 3 məqaləsi İmpakt Faktor göstərcisi olan “Thomson Reuters” indeksli  jurnalda nəşr olunmuşdur (siyahı əlavə olunur).

05.11.2007-ci ildən YAP-nın Səbail rayon təşkilatının üzvüdür.

Ailəlidir, bir övladı var.

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno