1954-cü il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur.
1971-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir.
1975-1978-ci illərdə təyinatla Quba rayonu II Nüqədi kəndində ingilis dili müəllimi işləmişdir.
1978-1995-ci illərdə Bakı şəhəri 229 saylı rus məktəbində ingilis dili müəllimi kimi çalışmışdır.
*
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dil – 1” kafedrasının müəllimi işləyib.
2003-cü il ildən İqtisad Universitetinin “Xarici dil” kafedrasının baş müəllimidir.
16 məqaləsi çap olunub.
Ailəlidir, üç övladı var.