04 mart 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1973-cü ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər Universitetini bitirmişdir.
1993-1994-cü illərdə İstanbul Universiteti və Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin idarəedilməsi üzrə birgə ixtisas programının və 1994-1997-ci illərdə “Azərbaycan Respublikasında Dövlət İdarəçiliyinin Möhkəmləndirilməsi” TACİS programı çərçivəsində Nottinghəm Trent Universitetinin (İngiltərə) Dövlət idarəetmə ixtisası üzrə təhsil layihəsinin məzunudur.
*
1996-cı ildən Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda metodist, baş müəllim vəsifələrində işləyib.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəsifələrində işləyir.
Hazırda UNEC-in “Xarici dillər” kafedrasının dosentidir.
1994-2006-ci illər ərzində bir neçə beynəlxalq layihələrin iştirakçısı və qalibi olmuş, 27 məqalə, tədqiqat və layihə işləri üzrə hesabatların və ekspert rəylərinin müəllifidir.