05 fevral 1939-cu ildə Ermənistan Respublikasının Exeknadzor rayonunun Qalaser kəndində anadan olmuşdur.
1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir.
Həmin ildən etibarən institutun “Siyasi iqtisad” kafedrasında kabinet müdiri, assistent, sonra müəllim vəzifələridə işləmişdir.
1975-ci ildən baş müəllim vəzifəsində işləmişdir.
Qiyabi olaraq aspiranturanı bitirmişdir.
*
1988-ci ildən N.L.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında “Siyasi iqtisad” kafedrasında baş müəllim işləyib.
1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında baş müəllim işləyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri dosentidir.
30-dan artıq elmi məqalənin, dərsliklərin (şərikli), dərs vəsaitlərinin müəllifidir.