1949-cu ildə keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur.
1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
1986-1987-ci illərdə Kirovabad Kənd Təsərrüfatı texnikumunda laborant, 1987-1991-ci illərdə saathesabı müəllim, 1991-1996-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda laborant və müəllim vəzifələrində çalışıb.
*
1997-1999-cu illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun «Qida məhsullarının texnologiyası» kafedrasında müəllim, 1998-ci ildən baş müəllim işləmişdir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Qida məhsullarının texnologiyası» kafedrasının baş müəllimi olub.
2010-cu ildə İqtisad Universitetinin rektorluğunun əmri ilə fəxri dosent elmi adı verilmişdir.
2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.
Onlarla məqalələrin, bir çox fənn proqramlarının və metodik göstərişlərin müəllifidir.