Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1999/2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə həm bakalavr, həm də 2004/2007–ci illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə “Müəssisənin iqtisadiyyatı” kafedrasına dissertant təhkim olunmuşdur.
2004/2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “ Müəssisənin iqtisadiyyatı” kafedrasının laborantı vəzifəsində çalışmışdır. 2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasının müəllim kimi fəaliyyətin davam etdirmişdi.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının baş müəllimdir.
O, İqtisadiyyat fakultəsinin 3-cü kurslar üzrə baş mentorudur.
Ümumi olaraq 27 elmi məqalənin, tədris – metodiki və monoqrafiyanın müəllifidir. SCOPUS elmi jurnalda məqaləsi dərc olunmuşdur. Bir sıra elmi konfranslarda çixiş etmişdır.
S.M.Məcidova DİM tərəfindən keçirilən imtahanlarda marker qismində iştirakçıdır. O, eyni zamanda 2016-cı ildən hal-hazıra kimi 0,5 ştat üzrə LDU-də baş müəllim vəzifəsində çalışır. “Müəssisənin iqtisadiyyatı” kafedrasında həmkərlar təşkilatının sədri olmuşdur.
S.M.Məcidova 2002-ci ildən YAP-nın üzvüdür.
MSK-nın 16 saylı Yasamal Seçki Dairəsinin 18 saylı məntəqəsinin üzvüdür.