1974-cü il dekabr ayının 5-də anadan olmuşdur. 1991-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun “İngilis-fransız fakültəs”inin əyani şöbəsinə daxil olmuş, 1996-cı ildə eyni adlı institutun “İngilis və fransız dilləri” ixtisası üzrə bitirmişdir.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər fakültəsinin” qiyabi şöbəsinə qəbul olmuşdur və 2004-cü ildə adı gedən ali məktəbi bitirərək bakalavr dərəcəsi almışdır.
Əmək fəaliyyəti 2001-ci ilin oktyabr ayının 10-dan Azərbaycan Dövlət İqtisad Universitenin “Xarici dillər 2” kafedrasında baş laborant vəzifəsindən başlamışdır.
2002-ci il sentyabr ayının 2-dən ADİU-də “Xarici dillər 2” kafedrasında tam ştat müəllim vəzifəsində çalışmağa başlamışdır.
*
2005-ci il iyun ayının 21-dən ADİU-də “Xarici dillər 1” kafedrasnda tam ştat müəllim kimi fəaliyyətimi davam etmişdir.
2012-ci il sentyabr ayının 14-dən AZDU-nin “Xarici dillər 1” kafedrasının baş müəllim vəzifəsinə keçmişdir.
2016-cı ilin sentyabr ayında “Xarici dillər 1” və “Xarici dillər 2” kafedraları birləşdikdən sonra, 2016-cı il sentyabrın 9-dan “Xarici dillər” kafedasının baş müəllimi vəzifəsində işləməyə davam etmişdir.
2023-cü ilin sentyabrın 6-dan Xarici dillər departamentinin tərkibində yaradılmış “Xarici dillərin tədrisi mərkəzində” cari ilə kimi baş müəllim vəzifəsində fəaliyyətini davam etdiririr.
Ailəlidir, iki övladı var.
*