bank_sakir_foto

i.e.n. Zeynalov Zakir Hacı oğlu

1953-ci il iyun ayının 7-də Gürcüstan Respublikası Marneuli rayonunun Qızıl-Hacılı kəndində anadan olmuşdur.

1971-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.

1975-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla SSRİ Dövlət Bankı Azərbaycan Respublika Kontorunun Nəsimi şöbəsinə iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir.

XII.1975 – XII.1976-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.

2001-ci ildə həmin Akademiyanın “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə ikinci ali təhsil almışdır.

1977-ci ilin yanvar ayından 1982-ci ilin dekabr ayına kimi SSRİ Dövlət Bankı Azərbaycan Respublikası Bankının mərkəzi aparatında iqtisadçı, böyük iqtisadçı, baş iqtisadçı vəzifələrində işləmişdir.

1982-1987-ci illərdə Dövlət Bankının Nəsimi şöbəsində şöbə rəisi, müdir müavini olmuşdur.

II.1987 – I.1998-ci illərdə Oktyabr (İndiki Yasamal) Rayon şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1998-ci ilin yanvar ayından Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmiş və 4 fevral 2000-ci ilə kimi həmin vəzifədə işləmişdir.

4 fevral 2000-ci ildən yeni yaradılmış Birləşmiş Universal Səhmdar Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmiş və 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləmişdir.

*

2004-cü ildə Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin aspiranturasına daxil olmuş və 2008-ci ildə həmin universitetdə müvəffəqiyyətlə elmi işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

Avropanın ən qabaqcıl bankları ilə 3 illik qarşılıqlı əməkdaşlıq və səmərəli İdarəetmə-Bankçılıq təcrübəsi hesabına BUS Bankda özəlləşməyə hazırlıq çərçivəsində institusional quruculuq işləri həyata keçirmiş, təşkilatı struktur, korporativ idarəetmə prinsipləri əsasında yenidən qurulmuş, maliyyə sabitliyi təmin olunmuş və BUS Bank (indiki Kapital Bank)  ölkənin aparıcı banklarından birinə çevrilməklə özəlləşməyə tam hazırlıq prosesini keçmişdir. BUS Bankın (indiki Kapital Bank) sağlamlaşdırılmasında və özəlləşməyə tam hazırlığında onun xüsusi xidmətləri olmuşdur.

2008-ci ilin aprel ayından 2012-ci ilin may ayına kimi “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışmışdır.

2008-ci ilin oktyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında 0,5 ştat vahidi üzrə müəllim, baş müəllim vəzifələrində işləmişdir.

2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

1 kitab, 18-dən çox elmi məqalə, məruzə, tezislər və s. müəllifidir. Hal-hazırda “Bank Lizinqi” adlı dərs vəsaitinin yazılmasını başa çatdırmışdır.

Evlidir, 3 övladı var.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

WordPress SEO - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli - perabet.info - eskort -
Zero Waste Shop