Bakı Fond Birjası (BFB) Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə laboratoriyasında “Azərbaycan qiymətli kağızlar bazarının ticarət arxitekturası və alətləri” mövzusunda seminar təşkil edib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, universitetin magistr və professor-müəllim heyətinin iştirak etdiyi seminarda maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, qiymətli kağızlarla ticarət, Azərbaycan qiymətli kağızlar bazarı infrastrukturu barədə nəzəri və praktiki biliklər təqdim edilib. Seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələbələrə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
Qeyd edək ki, cari ilin sonunadək BFB tərəfindən elm və təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.