Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşları SABAH tələbələrinə açıq dərs keçib

23 NOYABR 2016 | VIEWS:
2208

Noyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qruplarında açıq dərs keçirilib. “SABAH” qrupları və “Washington School of Languages”in birgə təşkilatçılığı ilə həyata keçirilən açıq dərsdə marketinq, dünya iqtisadiyyatı, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan tələbələr iştirak edib.

“Washington School of Languages”in (WSL) rəhbəri və təsisçisi Tamerlan Vahabov tələbələri WSL haqqında məlumat verərək, bildirib ki, burada biznes, maliyyə və digər industriyalarda ingilis dilini xarici müəllim heyəti ilə xüsusi metodlu proqramlarla tədris edilir.

Sonra Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya üzrə direktoru Uğur Bülent Özerdim “F1 as a business” və “Even Sponsorship” mövzularında SABAH tələbələrinə seminar keçib. U.B.Özerdim tələbələrə “Formula 1” yarışlarının ölkəyə həm iqtisadi, həm də turizm baxımından uzun müddətli perpektivlərindən söz açıb.

Açıq dərsin digər qonağı BŞH-nın Marketinq və Kommunikasilya üzrə direktoru Nigar Arpadarai “Güclü Brendin necə yaratmalı” və “Krizis Kommunikasiyası” mövzularında təqdimatla çıxış edib və Bakı Şəhər Halqası Brendinin faydaları haqqında tələbələri məlumatlandırıb.

Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.

 

2209 1