Beynəlxalq konfransın iştirakçıları UNEC-dəki yenilikləri yüksək qiymətləndiriblər

31 YANVAR 2017 | VIEWS:
2275

UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları universitetdə tətbiq olunan yeniliklərlə tanış olublar.

Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova, Sistem Statistik Tədqiqatlar Araşdırma İnstitutunun direktoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İqor Mansurov, Qazaxstanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin İqtisadi Araşdırmalar İnstitutu professoru Saylau Bayzakov, Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyi İqtisadi Araştırmalar İnstitutunun baş tədqiqatçısı İana Krapunova və Macarıstanın Dunauyvaroş Universitetinin nümayəndəsi Katalin Kukorelliyə UNEC-də tətbiq edilən elektron universitet modeli, differensial əməkhaqqı sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib. Qonaqlar İnnovativ Biznes İnkubator, Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları ilə də tanış olublar. Eyni zamanda imtahan prosesini müşahidə ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən konfrans iştirakçıları universitetdə tətbiq edilən yenilikləri yüksək qiymətləndiriblər. Elektron universitet modeli və differensial əməkhaqqı sistemini xüsusi vurğulayan qonaqlar, bu sistemlərin təmsil etdikləri ali təhsil müəssisəsində də tətbiq edilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə qonaqlar  beynəlxalq konfrans barədə təəssüratlarını bölüşüblər, əldə olunan nəticələr barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda UNEC-lə digər universitetlər arasında əməkdaşlıq imkanları da müzakirə olunub.

2276 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser